TRAMP GƏLƏCƏK PLANLARINI AÇIQLADI - Ağ Ev-in bəzi əməkdaşlarını da özü ilə aparacaq...

Baxış sayı:
383

ABŞ-ın hazırkı prezidenti Donald Tramp səlahiyyətlərinin müddəti başa çatdıqdan sonra özünün Floridadakı Mara Laqo iqamətgahında yaşamağı planlaşdırır.

“Bloomberq”in məlumatına görə, Tramp yeni seçilmiş prezident Baydenin andiçmə mərasimindən bir neçə gün əvvəl Palm Biçdəki evinə köçməyi düşünür.

Prezidentliyinin son günlərində Tramp hazırkı Ağ Ev əməkdaşlarının bəzilərini də özüylə birgə Floridaya aparacaq.