Toyda mübahisə qanla bitdi: yaralılar var

Baxış sayı:
382

Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Binə qəsəbəsində qeydə alınıb.
“Bənövşə” şadlıq sarayında keçirilən toy məclisində yaranan mübahisə zamanı iki nəfər - 1989-cu il təvəllüdlü Əliyev Samir Heydər oğlu və 1976-cı il təvəllüdlü Əliyev Elçin Qadir oğlu bıçaqlanıb.
Hər iki yaralı xəstəxanaya çatdırılıb. S.Əliyev və E.Əliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. (Oxu.az)