Toy məclislərinin keçirilməsi də QADAĞAN EDİLDİ

Baxış sayı:
2227

Azərbaycan ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib. 
Nazirlər Kabineti yanında Operativ  Qərargahdan APA-ya verilən məlumata görə, 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla, 14 mart saat 00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir. 
Eyni zamanda saat 00:00-dan etibarən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur.