Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Baxış sayı:
3337

Müsavat partiyasının keçmiş sədr müavini Tofiq Yaqublunun həbsdə qalma müddəti uzadılıb.

Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, istintaqın onun barəsində həbs qətimkan tədbirinin müddətinin artırılması barədə təqdimatı məhkəmə tərəfindən təmin edilib. T.Yaqublunun həbsdə qalma müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, rəsmi açıqlamaya görə, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu  avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb.