“TƏLƏF ETDİYİ BARAMANIN PULUNU MÜƏLLİMLƏRDƏN TOPLAYIR” – Kollec direktoru haqqında şok iddia

Baxış sayı:
776

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov barama tədarükündə üzərinə götürdüyü öhdəliyə əməl edə bilmədiyinə görə çətin duruma düşüb.
Bu haqda Muxalifet.az-a məlumat verən mənbə bildirir ki, director məhv etdiyi baramanın pulunu müəllimlərdən çıxarır:
“Rayon rəhbərliyinə xoş gəlmək üçün 200 q baramanın yetişdirilməsi üçün yer və yem tədarükünü üzərinə götürən kollec direktoru, qısa müddət sonra düzgün qulluq aparılmaması nəticəsində az qala bütün məhsulun tələf olmasına görə gərgin anlar yaşayır.
Artıq bu məhsulun “qara bazar”dan alınması və bununla normativin bərpa olunması üçün direktor unikal yol seçib. Çıxış yolu olaraq kollecin kollektivindən müvafiq olaraq hər bir şəxsdən 50 manat olmaq şərti ilə pul yığılması tapşırığını verib. Bu məsələni həll etmək direktor müavini Şahin Əliyevə tapşırılıb.
Müəllimin aldığı maaş hesabına problemini həll etməyə çalışan direktor, işçilərin şəxsi problemləri yarananda bir dəfə də olsun onlara lazım köməyi göstərməyib. Hansı ki, keçmiş direktor  işçilərin bütün xeyir və şərində yaxından iştirak edib, onlara istənilən köməkliyi göstərirdi.
Artıq direktorun yeni əməlləri kollektivdə böyük narazılığa səbəb olub. Belə ki, hətta bəziləri direktorun bu cür qanunsuz  göstərişlərinə görə təhsil nazirinə müraciət ünvanlamağa hazırlaşır”. 
 
Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.