Tiflisdə etiraz aksiyası davam edir - BU GÜN MÜXALİFƏT FƏALİYYƏT PLANINI ELAN EDƏCƏK

Baxış sayı:
376

Bu gün Tiflisdə parlament binası qarşısında etiraz aksiyası bərpa edilib.

Muxalifet.az xəbər verir ki, aksiyanın keçirildiyi əraziyə bu gün əlavə çadırlar quraşdırılıb. Əraziyə hüquq mühafizə orqanı əməldaşları cəlb edilib. Rustaveli prospektində avtomobillərin hərəkəti maneəsiz davam edir.
Qeyd edək ki, bu Gürcüstan parlamentinin proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişini qəbul etməməsindən sonra Tiflisdə ardıcıl 6-cı mitinqdir.  Bu gün mitinqdə müxalifətin yeni fəaliyyət planını elan etməsi gözlənilir.