​Tiflisdə aksiya başladı: Yüzlərlə insan toplaşdı...

Baxış sayı:
25

Gürcüstan paytaxtında müxalifətin kütləvi etiraz aksiyası iyunun 23-də davam edib.
Muxalifet.az xəbər verir ki, saat 19:00-da yüzlərlə insan parlamentin qarşısına toplaşıb.
Təşkilatçıların sözlərinə görə, bu gün daxili işlər naziri Qeorqi Qaxariyanın deyil hökumətin də istefası, növbədənkənar parlament seçkilərinin keçirilməsi və iyunun 20-də keçirilmiş aksiyada saxlanılan 300-dən çox insanın azadlığa buraxılmasını tələb edəcəklər.
Təşkilatçılar bacardıqca iğtişaş və qarşıdurmaya yol verməyəcəklərini bildirirlər. Hazırda parlamentin binası önündə minə yaxın insan toplaşıb. Onların sayı artır.
Qeyd edək ki, etiraz aksiyası iyunun 20-də Tiflisdə keçirilən Pravoslav Parlament Assambleyasının iclasında Rusiyadan olan deputatların iştirakına etiraz əlaməti olaraq başlayıb. İyunun 20-də gecə polislə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Aksiya iştirakçıları parlamentin binasını ələ keçirməyə cəhd edib.
Polis gözyaşardıcı qazdan, rezin güllələrdən və su sınağından istifadə edərək mitinqi dağıdıb. Qarşıdurma zamanı 80-ni polis, 31-i jurnalist olmaqla 240 nəfər yaralanıb. 300-dən çox insan polis tərəfindən saxlanılıb.
Artıq baş verənlərə görə parlamentin sədri İrakli Kobaxidze istefa verib.
Müxalifət tələbləri yerinə yetirilənədək aksiyanın davam edəcəyini bildirib.