“Terrorçularla bir masaya oturmayacağıq” – Ərdoğan

Baxış sayı:
531

Muxalifet.az  xəbər verir ki, bu gün İstanbulda “Qloballaşma Böhranı: Risklər və Fürsətlər” mövzusunda keçirilən TRT World Forumunda Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan  çıxış edib. Çıxışında bir çox məqamlara toxunan prezident   -“Türkiyənin heç bir ölkənin torpaqlarında  gözü olmadığını və dövlətin heç  vaxt terrorçu  ilə bir masaya oturmayacağını"  bəyan edib.
Onun sözlərinə görə, terrorçularla bir masaya başqaları otura bilər: “Bu, bizi maraqlandırmır. Biz terror qruplaşması ilə masaya oturmadıq və oturmayacağıq. Başqaları otura bilər, ancaq bu bizi maraqlandırmır. Bir tərəfdən terrorçulara qarşı mübarizə deyəcəklər, digər tərəfdən də terrorçuları ərköyünləşdirəcəklər”.
Çıxışında özlərini fikir azadlıqlarının  qoruyucusu sayanların Camal Qaşıqçı  cinayətinə qarşı səs çıxarmamalarını, ikiüzlülüklərinin ifşa olunduğuna toxunan Ərdoğan dəyərlərin  neftə , dollara dəyişdirilməsini qınayıb.
“Silah dolu 30 min TIR-ı kimə göndəriblər? Bunların çıxışında vurğuladıqları budur: “Bizim dollarımız var”, “neftimiz var”. Mən inanıram ki, fikir azadlığı dollara dəyişdirilməyəcək. Beynəlxalq ictimaiyyətdən iqtisadi, siyasi və sosial dəstək gözlədiyimiz halda bu addımı atmadılar. Terrora qarşı mübarizənin bizimlə bitəcəyini iddia edənlər yanılırlar. Bu, bir gün onların da qapısında olacaq. Avropa İttifaqı ölkələri, NATO üzvləri terror qruplaşmasını müdafiə etdilər. Odur ki, terrora qarşı olanlar bunu açıq şəkildə əməli olaraq göstərməlidir. Biz babalarımızın olduğu bütün yerlərdə – Asiyadan Afrikayadək hər yerdə varıq. Afrikadan Cənubi Amerikayadək bizə uzadılan əlləri tutacağıq. Biz özümüz üçün nə istəyiriksə, dünya üçün də onu istəyirk. Dünya I Dünya müharibəsindən sonra dünya deyil, dəyişib. BMT-də islahatlar həyata keçirməliyik. Terror qruplaşmalarının mirzələrindən deyil, bizi bizdən dinləyin”, – deyə Türkiyə prezidenti vurğulayıb.
O , “120 saatin böyük bir  hissəsi  sona çatdı.  Sabah bizim Rusiya səfərimiz başlayır. Bu səfərdə prezident Putinlə müzakirələr aparılacaq və gərəkən addımları atacağıq”- deyə davam edib.