“Tarqovı”dakı bu görüntülər müzakirəyə səbəb oldu - VİDEO

Baxış sayı:
995

Koronavirusa görə ölkədə tətbiq olunan xüsusi karantin rejimi zamanı Bakıda lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Belə ki, videoda paytaxtın mərkəzi küçəsi “Tarqovı”da çoxlu insanın bir araya toplaşdığı və sosial məsafəyə əməl etmədiyi görünür. Eyni zamanda insanlar arasında sosial məsafəyə nəzarət etməli olan polis əməkdaşlarının da gözə dəyməməsi birmənalı qarşılanmayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 230 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib, 103 xəstə sağalıb.

Sabah.az