Tanınmış aktrisa Azərbaycanda oğurluq etdiyinə görə ABŞ-a qaçıbmış

Baxış sayı:
516

ABŞ-a köçərək özündən 48 yaş böyük kişi ilə ailə quran məşhur türk aktrisa Meltem Miraloğlu Azərbaycanda baş verən qalmaqaldan sonra ölkəsindən gedibmiş. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Miraloğlunun gizli evliliyinin üstünü açan yazar Onur Akay TV8-də yayımlanan "Gəl danışaq" verilişinə telefonla qoşularaq aktrisanın Azərbaycanda oğurluq etdiyini və buna görə Türkiyədən qaçdığını söyləyib.

"Meltem ABŞ-dan əvvəl Azərbaycanda gedib və orada bir filmin təqdimatına qatılıb. Təqdimat zamanı yanındakı müğənnilərdən biri ilə böyük hadisə baş verib. Yanında olanların mənə dedikləri bir iddia var. Mən də çox təəccübləndim. Bir oğuluq hadisəsindən bəhs etdilər. Yəni ABŞ-a məcburiyyətdən qaçıb", - O. Akay deyib.

Akay həmçinin aktrisanın ABŞ-da evlənməzdən əvvəl tanış olduğu türk sevgilisi tərəfindən döyülməsinə də aydınlıq gətirib. Bildirib ki, Meltem çoxlu spirtli içki içdiyinə görə qısqanclıq edib və buna görə də intihara cəhd edib. Yazar aktrisanın özündən dəfələrlə yaşlı həyat yoldaşı və süni mayalanma etmək istəməsi haqqında da danışıb. Onun sözlərinə görə, aktrisanın amerikalı həyat yoldaşı Patrik ahıl olduğu üçün qısırlaşdırma əməliyyatı keçirib və uşağı olmaq ehtimalı yoxdur.

Qeyd edək ki, eltem Miraloğlu 2017-ci il noyabrın 16-dan 20-dək keçirilən III “Türk Filmləri Həftəsi” ilə bağlı Bakıda qonaq olub. Aktrisa özünün də rol aldığı, Aşıq Veysəlin həyatından bəhs edən “Aşıq” filminin Nizami Kino Mərkəzində təqdimatına qatılıb. Oğurluq hadisəsinin də həmin təqdimatda baş verdiyi ehtimal olunur.