Suriya kürdlərinin lideri BƏYANAT verdi: "Türkiyənin terrorçulardan qorunmağa qanuni haqqı var"

Baxış sayı:
595

Suriyalı kürdlərin müstəqil cəmiyyətlər birliyinin rəhbəri Abd əl-Əziz Tammo, Türk İrsi Vəqfinin Vaşinqton şöbəsinin dəstəyi ilə keçirilən "Geosiyasi reallıqlar və Suriyanın gələcəyi" mövzusunda paneldə, bəyanat verdi: "Türkiyənin İŞİD-ə, PKK və YPG-yə qarşı yönəlmiş “Sülh mənbəyi” əməliyyatı tamamilə qanuni əsaslara söykənir".
Muxalifet.az
bu barədə "REGNUM"-a istinadla bildirir.
Türkiyənin “Anadolu Ajansı”agentliyinin  verdiyi məlumata görə, Əbdüləziz Tammo belə qeyd etdi: “Türkiyənin İŞİD və ya başqa bir təhlükəyə qarşı sərhədlərini terror qruplaşmalarından qorumaq hüququ var. PKK və YPG Suriya kürdləri üçün İŞİD-dən az təhlükə yaratmır. Hətta PKK-nın Suriyaya aidiyyatı yoxdur, bu terrorçu təşkilatın xarici döyüşçüləri ölkəmizdə fəaliyyət göstərir”.
Suriya kürdlərinin nümayəndəsi əlavə etdi: “Türkiyənin apardığı əməliyyat ilə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın apardığı əməliyyatlar arasında ciddi fərq var. Türkiyənin apardığı əməliyyatda mülki əhaliyə zərər verməməyə maksimum diqqət yetirilsə də, ABŞ-ın apardığı əməliyyatda yer üzündən silinən Rakka şəhərini xatırlatmaq olar".
Muxalifet.az