Sumqayıtda minik avtomobili qəzaya uğradı - Ölən və yaralananlar var

Baxış sayı:
307

Bakı-Quba yolunun 47-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Muxalifet.az apa-ya istinadən xəbər verir ki, qəza Sumqayıt şəhərinin "Yaşma bağları" yaşayış massivi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, "Opel Zafira" markalı minik avtomobili yoldan çıxaraq qəzaya uğrayıb. Hadisə nəticəsində 1995-ci il təvəllüdlü  Dilbiləyev Məhəmməd Ənvər oğlu ağır bədən xəsarətləri alaraq dünyasını dəyişib.  Avtomobildə olan 5 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.