Sumqayıtda fəhlələr arasında kütləvi zəhərlənmə - RƏSMİ

Baxış sayı:
247

Sumqayıt şəhərində yerləşən zavodların birində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət edib.

Bu barədə Muxalifet.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Günün sonuna doğru evə buraxılacaqları ehtimal edilir.

Bu arada “Report” zəhərlənənlərin hamısının “Ustay” şirkətinin işçiləri olduğu barədə məlumat yayıb. Yaxınlıqdakı zavodlarda qaz sızması hallarına rast gəlinməyib.