Səudiyyə Ərəbistanı hərbi xərclər üçün ABŞ-a 500 milyon dollar ödəyib

Baxış sayı:
413

Səudiyyə Ərəbistanının ölkəsində fəaliyyət göstərən Amerika qoşunlarının xərclərini ödəmək üçün ABŞ-a 500 milyon dollar ödədiyi məlum olub.

Bu barədə məlumatı CNN yayıb.

Pentaqonun sözçüsü Rebekka Rebariç faktı təsdiqləyərək, Səudiyyə hökumətinin hərbi fəaliyyətə ilk yatırım edən olduğunu bildirib.

Xəbərdə, 2019-cu ilin sentyabrında İran tərəfindən olduğu iddia edilən pilotsuz hava hücumlarından sonra Səudiyyə Ərəbistanında neft obyektlərini qorumaq üçün minlərlə ABŞ əsgərinin ölkəyə göndərildiyi və obyektlərin ətrafında raketdən müdafiə sistemi quraşdırıldığı da önə çəkilib.

Məlumatda həmçinin Səudiyyə Ərəbistanının ABŞ-ın hərbi xərclərini qarşılamaq üçün ilk dəfə ödəmə etmədiyi, 1990-1991-ci illərdə Körfəz müharibəsi zamanı Səudiyyə Ərəbistanı, Küveyt və digər körfəz ölkələrindən ABŞ-a 36 milyard dollar ödəndiyi də bildirilib.