​SON DƏQİQƏ: Tanınmış şou-men Murad Dadaşovun obyektində ÖLÜM - FOTO

Baxış sayı:
7903

Dünən xalq artisti, tanınmış şou-men Murad Dadaşova məxsus “Côte d`Azur” şirniyyat mağazasında ölüm hadisəsi qeydə alınıb.
Muxalifet.az mediapress.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.
Belə ki, 60-a yaxın yaşı olan qadın işçinin qəflətən ürəyi tutub. Həmkarları təcili yardıma zəng vurublar. Həkimlər özlərini yetirsələr də, şirniyyat mağazasının işçisinin həyatını xilas etmək mümkün olmayıb.
Məsələ ilə bağlı əks tərəfin mövqeyini də dinləməyə hazırıq.

Murad Dadaşovun obyektində ÖLÜM - FOTO