​SON DƏQİQƏ: Rəis rayonda cinayət törətdi - Nazirlik hərəkətə keçdi

Baxış sayı:
9169

Ağsu şəhərində ağacların kəsilməsi ilə bağlı Nazirliyə daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən Muxalife.az-a verilən məlumata görə, araşdırma zamanı şəhərin Molla Vəli Vidadi küçəsində 6 söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib.
Ağacların Ağsu Yaşıllaşdırma və Abadlaşdırma MMC-nin rəisi Namiq Mürsəlovun göstərişi ilə kəsildiyi və təbiətə 1360 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edillib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu şəhər Prokurorluğuna göndərilib.