SON DƏQİQƏ: ​Cəbhədə ordumuz "savaş oyunu"na BAŞLADI - FOTO

Baxış sayı:
3793

Azərbaycan Respublikasının Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, cəbhə bölgəsində yerləşən hərbi birlikdə döyüş atışlı təlim məşqləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ssenariyə uyğun olaraq, təlimlərə cəlb edilən motoatıcı, artilleriya, tank bölmələri, o cümlədən aviasiya vasitələri müxtəlif tapşırıqlarını, eləcə də şərti düşmən hədəflərinə döyüş atışlarını yerinə yetiriblər.