​SON DƏQİQƏ: 70 yaşlı məşhur Xalq artisti sənətdən getdi - FOTOLAR

Baxış sayı:
553

Bu yaxınlarda Minskdə konsert verən Rusiyanın 70 yaşlı Xalq artisti Alla Puqaçova səhnədən getdiyini açıqlayıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Alla Puqaçeva nadir hallarda solo konsertlər verir, ulduz əri və uşaqları ilə vaxt keçirməyi üstün tutur. Ancaq bu həftə sonu divanın solo konserti baş tutub.
“Hamınız bilirsiniz ki, Belarus mənim vətənimdir. Qohumlarım burada dəfn olunub, atam və babam belarus olub. Bu konsert gözlənilməz oldu, bir halda dəvət olunmuşamsa, gələcəm. Başqa heç bir yerə. İndi gözləyin. Əgər nə vaxtsa çıxış etsəm, bu, 80 yaşında olacaq" , - deyə Xalq artisti bildirib.
Xatırladaq ki, müğənni 10 il əvvəl konsert fəaliyyətlərinə son verdiyini açıqlamışdı. Sonra müğənni etiraf etdi ki, səhhəti ona tez-tez müxtəlif şəhər və ölkələri gəzib konsert proqramı ilə çıxış etməyə imkan vermir və bir sıra əməliyyatlardan sonra səsində cüzi problemlər yaranıb.