SOCAR “Fənərbağça”ya 450 milyon dollar ayırıb? - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
1713

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Fənərbağça” klubuna sponsorluq edəcəkləri ilə bağlı mətbuatda yer alan xəbərlərə münasibət bildirib.
Qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlamasında bu iddianın əsassız olduğunu söyləyib:
““Fənərbağça” klubunun da rəsmən bəyan etdiyi kimi Türkiyə mətbuatında yayılan bu şayiə doğru deyil. Yəni SOCAR-ın nə “Fənərbağça”, nə də digər futbol klublarını Türkiyədə dəstəkləmək və sponsorluq etmək kimi bir niyyəti yoxdur. Əvvəllər də bu cür şayiələr zaman-zaman yayılıb müxtəlif klublarla bağlı. Guya SOCAR Türkiyədə hansısa bir klubun dəstəyini öz öhdəsinə götürə bilər, sponsorluq edə bilər. Əvvəllər də bizim belə bir niyyətimiz olmadığı kimi, bu gün və gələcəkdə də elə bir planımız yoxdur”.
Qeyd edək ki, SOCAR-ın 450 milyon avro qarşılığında “Fənərbağça”ya sponsorluq edəcəyi xəbərini Türkiyə mətbuatı yazıb.