Şıxov çimərliyində 17 və 18 yaşlı iki gənc boğulub - YENİLƏNİB

Baxış sayı:
550

Bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 2 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri batan şəxslərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitlərini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

Bu gün Bakıda Şıx çimərliyində 17 və 18 yaşlı iki gənc boğulub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə ilə bağlı bu gün saat 14.58 radələrində təcili tibbi yardıma müraciət edilib.

Ancaq gənclərin həyatlarını itirdikləri məlum olub.