“Şişkan”ın sağ əli saxta pasportla yaxalandı - DEPUTATI AİLƏSİ İLƏ BİRLİKDƏ “YOX ETMİŞDİ”

Baxış sayı:
564

Ukraynanın Odessa şəhərinin beynəlxalq aeroportunda “Şişkan” ləqəbli rusiyalı “qanuni oğru” Oleq Şişkanovun “sağ əli” Yeqor Yesin yaxalanıb.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, o, ölkəni saxta pasportla tərk etmək istəyib, amma aerportda ələ keçib.

Yeqor Yesin 90-cı illərdən “Şişkan”ın mafiyasının üzvü olub. Əvvəlcə o, mafiya liderinin sürücüsü işləyib, lakin tezliklə karyera pilləkənlərini qalxıb və şefin ən yaxın adamlarından birinə çevilib. Yesin “Şişkan”ın mafiyasının bütün iqtisadi fəaliyyətinə cavabdeh şəxs olub.

Konkret olaraq o, qum hasilatı, daş karyerləri biznesini kurasiya edib, habelə “Plemzavod Remenskoe” səhmdar cəmiyyətinə regional dumanın deputatı Tatyana Sidorova ilə birlikdə rəhbərlik edib. Məhz qum karyerləri və “plemzavod” Şişkana və ortaqlarına nəhəng gəlirlər gətirib.

Xatırladaq ki, “Şişkan” həmin deputatı bir neçə il əvvəl ailə üzvləri ilə birlikdə “yox etmişdi”. Onun qurbanlarının cəsədlərinin qalıqları bir neçə gün əvvəl Moskva ətrafında istifadəsiz karxanada, 10 metr dərinlikdən tapılmışdı. “Şişkan” və qruplaşmasının bəzi üzvləri hazırda həbsdədir.

Şahidlər deyirlər ki, Tatyana Sidorova 2012-ci ildə məhz Yesinlə yüksək səslə nə barədəsə mübahisə edəndən sonra ailəsi ilə birlikdə “yoxa çıxmışdı”. Bundan sonra müəssisə müflis elan edildi, ona aid 4.5 min hektar torpaq isə yaşayış binalarının tikilməsi üçün satıldı. Pullar isə “Şişkan”ın kassasına getdi.

Lakin Ukrayna KİV-ləri qeyd edirlər ki, Odessa aeroportunda saxlanılan Yesin sərbəst buraxıla bilər. Çünki onun adı beynəlxalq axtarışda yoxdur və Ukrayna tərəfi mafiozu azadlığa buraxmağa məcburdur.