Sergey Şoyqu ABŞ-ı ittiham etdi

Baxış sayı:
510

Rusiya Müdafiə naziri Sergey Şoyqu ABŞ-ın  Orta  və Qısamənzilli  Raketlərin Ləğvinə dair Müqavilədən   niyə  çıxdığını söylədi. Bu barədə  Muxalifet.az  TASS xəbər agentliyinə  istinadla xəbər verir.
Şoyqu hesab edir ki, ABŞ bu yolla Çin və Rusiyaya maneə yaratmaq istəyir. Onun sözlərinə görə, OQRLM  həm  Rusiyanın həm Çinin ilbəil artan hərbi potensialı, habelə onlar arasında əməkdaşlığın genişlənməsi  səbəbindən  Amerika tərəfinin maraqlarına cavab vermirdi. Buna görə  Putin  ABŞ-a qanadlı raketlərə görə  cavab vermək qərarına gəldi
Həmçinin nazir bəyan edib ki,  ABŞ   Rusiyanı bu  müqaviləni pozmaqda günahlandırdığı zaman artıq müqavilənin ləğvi üçün əvvəlcədən  hazırlaşıb. Şoyqu  qed edib ki, əvvəllər müqavilə ilə qadağan edilmiş Amerika raketlərinin  Avropa və Asiya-Sakit Okean bölgəsində yerləşdirilmə ehtimalı  yüksəkdir.
Oktyabr ayında Rusiya Prezidenti Vladimir Putin bildirmişdi  ki, ABŞ-da Asiya bölgəsində orta mənzilli raketlərin yerləşdirilməsi  məsələsi Rusiyaya da aiddir, çünki bu, ölkənin maraqlarına toxuna bilər.
OQRLM  2 Avqust 2019 tarixində dayandırılıb.  Müqavilə ölkələrə bu cür silahların istehsalını, sınanmasını və istifadə edilməsini  qadağan edirdi. Vaşinqton razılaşmanın Rusiya tərəfinin şərtləri pozduğuna görə iflasa uğradığını iddia edir,lakin  Moskva bu iddiaları  rədd edir.