Senat Milli Kəşfiyyat İdarəsinin direktorunu təsdiqlədi

Baxış sayı:
466

ABŞ Sneatı Milli Kəşfiyyat İdarəsinin direktoru postuna respublikaçı konqresmen Con Retkliffin namizədliyini təsdiqləyib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, 49 respublikaçı senator Con Retkliffə səs versə də, 44 demokrat onun namizədliyinə qarşı çıxıb.

Qeyd olunub ki, Milli Kəşfiyyat İdarəsinin əvvəlki direktoru Riçard Allen Qrenell Donald Trampın təşviqat qərargahına qatılmaq niyyətindədir.

Xatırladaq ki, Retkliff Texasdan Nümayəndələr Palatasına deputat seçilib. Tramp 2019-cu ilin iyulunda onun namizədliyini irəli sürsə də, o senatorlar tərəfindən tənqid edildikdən sonra geri çəkilməyə məcbur olub.

Bununla belə, Tramp fevral ayında Retkliffi yenidən Milli Kəşfiyyat İdarəsinin direktoru postuna namizədliyini irəli sürüb.