Əsəd Türkiyəni işğalda ittiham etdi

Baxış sayı:
316

Suriya prezidenti Bəşər Əsəd Türkiyəni ölkəsinin şimal rayonları ilə bağlı işğalçı fikirlərdə ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə Əsəd İdlibdə yerləşən hərbi hissələrdən birinə ziyarəti zamanı danışıb.

“Türkiyə prezidenti Suriyanın neftini və taxılını oğurladı, həmçinin zavodları Hələbdən daşıdı. İndi isə Ərdoğan təbii sərvətləri ilə birlikdə Suriya torpaqlarının bir hissəsini oğurlamaq istəyir”, - Əsəd bildirib.