SATICINI HƏDƏLƏYİB, KÜLLİ MİQDARDA PUL APARDI - Bakıda aptekə silahlı basqın

Baxış sayı:
2851

Bakıda aptek naməlum şəxs tərəfindən qarət edilib.
Muxalifet.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
Naməlum şəxs rayonun R.Rüstəmov küçəsində yerləşən "Vita" aptekə daxil olaraq əlindəki bıçaqla satıcı İnci Quliyevanı öldürməklə hədələyib. Naməlum şəxs kassada olan 1000 manat pulu götürürək hadisə yerindən qaçıb.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır./trend