​Samboçumuz ermənini böyük hesabla məğlub etdi

Baxış sayı:
325

"Minsk 2019" II Avropa Oyunlarında Azərbaycan və Ermənistan samboçuları arasında görüş keçirilib.
Muxalifet.az xəbər verir ki, 57 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Mehman Xəlilov və Maksim Manukyan üz-üzə gəlib.
Görüşün əvvəlində Xəlilov rəqibindən bir xal qazanıb. Üstəlik, Manukyan xəbərdarlıq alıb. Lakin sonradan rəqib samboçu da bir xal alaraq, hesabı bərabərləşdirib.
Bununla belə, Xəlilov 2 xallıq fəndlə yenidən önə çıxıb - 3:1. Yekunda isə 9:1 hesabı ilə qalib gələn Xəlilov bürünc medala yiyələnib.
Eyni zamanda daha bir samboçumuz, 68 kq çəki dərəcəsində çıxış edən Emil Həsənov 3-cü yer uğrunda görüşdə bolqarıstanlı Martin İvanovu vaxtından əvvəl ağrıdoğurucu fəndlə məğlub edərək bürünc medala yiyələnib.