SALYANDA AĞIR QƏZA - Xəsarət alanlar var

Baxış sayı:
205

Salyan rayonunda yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Ford” markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində Cəlilabad rayon sakinləri - 1939-cu il təvəllüdlü Şirinova Şarıgül və 1993-cü il təvəllüdlü Feyziyeva Aida Zahir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.