Saakaşvili Ukraynada baş nazirin müavini təyin olundu, Gürcüstan səfirini geri çağırdı - QALMAQAL

Baxış sayı:
1263

Gürcüstan Xarici İşlər Nazirliyi Ukraynadakı səfiri geri çağırıb.
Bu barədə UNİAN diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, buna səbəb Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynada baş nazirin müavini vəzifəsinə təklif edilməsi olub.
Gürcüstan KİV-i yazır ki, Xarici İşlər naziri David Zalkaliani Zelenskinin belə qərar verməsinə təəssüflənib.
Birləşmiş Milli Hərəkatın üzvü və Ukrayna Milli Polisinin keçmiş başçısı Xati Deknoidzenin sözlərinə görə, Gürcüstan hökuməti praktiki olaraq Ukraynaya diplomatik müharibə elan etmək qərarına gəlib.
Qeyd edək ki, artıq Ukrayna parlamenti president Zelenskinin təqdimatı əsasında M.Saakaşvilini baş nazirin müavini vəzifəsinə təsdiq edib.
Muxalifet.az