Rusiyanın yeni prezidentini "ERMƏNİ LOBBİSİ" təyin edəcək? - DETALLAR

Baxış sayı:
1987

Adətən ölkə rəhbərinin planları haqda ölkənin lideri danışır. Xüsusilə Rusiya kimi ölkədə, xüsusilə söhbət hakimiyyətdən gedirsə.
Əgər liderdən başqa kimsə hakimiyyətin planları barədə məlumat verirsə, bu, liderin müstəqil olmadığını göstərir. Bu hal göstərir ki, ölkə başçısının özündən soruşmadan "onun planları" barədə məlumat verən şəxsdən və ya insanlar qrupundan asılılığı var.
Rusiyada çoxları üçün əsas sual budur: Prezident Vladimir Putin hazırki prezidentlik müddətinin 2024-cü ildə başa çatmasından sonra dövlət başçısı olacaqmı? Yenidən prezidentlik yarışına qoşulacaqmı? Rusiya Federasiyasının hazırkı Konstitusiyasına uyğun olaraq prezidentliyin üçüncü müddəti barədə qanun maddəsi olmasa da, hamı başa düşür ki, Dövlət Dumasında çoxluğa sahib olmaqla Konstitusiyanın dəyişdirilməsi problem deyil.
Bu yaxınlarda isə Rusiyada ölkənin taleyinə kimin qərar verəcəyi məlum oldu. Bu qərarı verən Putin və hətta rus xalqı da olmayacaq. Buna Putinin planlarının nə olduğunu onun özündən soruşmağa gərək duymadan açıqlayan Marqarita Simonyanın Rusiyada təmsilçisi olduğu “erməni lobbisi” qərar veəcək.
"Komsomolskaya Pravda" radiosunun efirində RT kanalının rəhbəri Margarita Simonyana belə bir sual verildi: "Rusiyanın növbəti prezidenti kim olacaq?" Adən bu rzdə suala standart "diplomatik şəkildə nzimlənmiş", n, "Buna Rusiya ndaşları rar verəkdir" cavabı verilir. Vladimir Putinlə bağsualız varsa, "bu r sualları öndən soruşmaq lazımdır" demək lazım idi. Axı, Marqarita Simonyan sonda Vladimir Putinin yerinə cavab verək "kil" deyil.

Lakin Margarita Simonyan qətiyyətli idi: “Mənim proqnozum elə Vladimir Vladimiroviçin çıxışlarına əsaslanaraq, onun, Rusiyanın növbəti prezidenti olmayacağı yönündədir. Vladimir Vladimiroviç Putin etibar etdiyi bir şəxsi ya da hansısa insanları müəyyən edəcək və onu varisi olaraq məsləhət görəcək. Sonra isə, onun təkrarlamağı sevdiyi kimi, xalq onu seçəcək ".
Simonyanın verdiyi cavab isə dərhal Rusiyanın növbəti prezidentinin kim olacağı ilə bağlı sosial şəbəkələrdə mübahisəyə səbəb oldu. Bəziləri deyirlər ki, "ən yaxşı namizəd" erməni lobbisi ilə əlaqəli separatçı layihələrin "kuratoru" Vladislav Surkov olacaq. Digərləri birbaşa ən yüksək postu Sergey Lavrova, yəni əsl soyadı Kalantarov olan Rusiyadakı erməni lobbisinin faktiki liderinə verilməsini məsləhət görürlər.

Vladislav Surkov və Lavrov
Bu nədir? Artıq ermənilər Böyük Rusiyanın liderlərini təyin edirlər? Belə görünür. Həm də görünür ki, Vladimir Putin artıq onlarla razı deyil. Hər halda, erməni millətçiləri Putinin Türkiyə lideri Ərdoğanla əməkdaşlığını və Nasist Njdenin xatirə lövhəsinin Armavirdə sökülməsini açıq şəkildə təqdir etmirlər ( rus reallıqllığında belə bir qərara “razılıq”(dobro) ən yuxarı dairədə açıq şəkildə verilməli idi).
Bir maraqlı məqam daha: Margarita Simonyan qəti şəkildə Vladimir Putinin Rusiyanın növbəti prezidenti olmayacağını bildirən zaman.

Bu, dekabrın 8-də,1999-cu ildəki Belovej Sazişinin ildönümündə, Rusiya və Belarus liderlərinin görüşündən sonra baş verdi. Xatırladaq ki, bu sazişlər indi "kağız üzərində" qalan Rusiya və Belarus İttifaq Dövlətinin yaradılmasını nəzərdə tuturdu. Putin və Lukaşenko görüşü ərəfəsində politoloqlar açıq dedilər ki, əgər bu razılaşma tam yerinə yetirilsə, Vladimir Putin Rusiya və Belarus İttifaq Dövlətinin prezidenti olmaqla 2024-cü il problemini həll edə bilərdi.
Məhz bu baxımdan, çox güman ki, Putin qapalı iclasda Lukaşenko ilə 5 saat danışıqlar apardı. Görünür, görüş nəticə vermədi. Və bunda, nəzarətləri altında olan mediada Lukaşenkoya qarşı fəal şəkildə “qarayaxma kampaniyası” aparan erməni lobbisinə “yekə bir təşəkkür” düşür. Bu “bədnam qarayaxma kampaniyası” Belarus lideri Abxaziyanın və Cənubi Osetiyanın qondarma "müstəqilliyini" tanımaqdan, həmçinin qondarma “Dağlıq Qarabağ respublikasının” tanınması ilə başa çatmalı olan erməni separatist təxribatçı oyunları oynamaqdan imtina etdikdən sonra başladı.
Məhz dekabrın 9-da Vladimir Putinin səlahiyyət müddətini uzatmaq üçün "Belarus-Rusiya İttifaq variantı"nın alınmayacağı tam aydın olduqda, Marqarita Simonyan, sözün əsl mənasında, "dosta arxadan zərbə" vurdu. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin növbəti prezidentlik müddətinə getməyəcəyini "sevincək" elan etdi. Şübhəsiz ki, bu bəyanat erməni lobbisinin digər nümayəndələri ilə razılaşdırıldı, amma çətin ki, Vladimir Putinin özü ilə razılaşdırılmış olsun.
Belə çıxır ki, ən vacib məqamda erməni lobbisi kimin Rusiyanı idarə edəcəyini təyin etməyə başlayır?
Zəncirvari halqada elə bu da gözlənilməli idi. Vladimir Putin erməni lobbisinə o qədər böyük səlahiyyətlər verdi ki, nəticədə onun girovuna çevrildi. Xarici siyasətdə - Kələntərovun girovuna. Təbliğatda isə Simonyan və digər erməni KİV-nin media rəhbərlərinin girovuna.
"Kavkazplus"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az