Rusiyanın təyyarədaşıyan gəmisində yanğın baş verib

Baxış sayı:
559

Murmanskda təmir edilən yeganə rus təyyarədaşıyan kreyseri olan "Admiral Kuznetsov" da güclü yanğın baş verib.
Muxalifet.az-ın TASS xəbər agentliyinə istinadla verdiyi məlumata görə, yanğın zamanı altı nəfər yaralanıb, 1 nəfərin taleyi məlum deyil. Fövqəladə hallar xidmətindəki mənbələr yanğının 600 kvadrat metrə yayıldığını bildirib. Gəmidəki dizel yanacağı yanır.
Birləşmiş Gəmiqayırma Korporasiyasının gəminin təmiri rəhbəri Aleksey Raxmanovun "İnterfaks"-a verdiyi məlumata görə, yanğın qaynaq zamanı baş verib.
1987-ci ildə istifadəyə verilən "Admiral Kuznetsov" Suriyadakı hərbi əməliyyat zamanı zədələnib və 2017-ci ildə təmirə göndərilib. 2018-ci ilin payızında kreyserin çıxdığı bərə batıb və gəminin göyərtəsinə qadırıcı kran düşüb.
"Admiral Kuznetsov"-un təmirinin 2022-ci ildə başa çatdırılmasınəzərdə tutulmuşdu.
Muxalifet.az