Rusiyalı idmançı ayı ilə güləşdi, görün sonu necə oldu - Video

Baxış sayı:
5653

MMA döyüşçüsü Maksim Novoselovun maraqlı və bir o qədər də təhlükəli görüntüləri yayılıb.

"Yeni Sabah" xəbər verir ki, "Fight Nights Global 94" turnirinə hazırlaşan rus idmançı Dmitri Smolyakovla döyüşdən öncə ayı ilə məşq edib. 

Novoselov məşq görüntülərini paylaşaraq "Ayıya qarşı ayı. Bal mənə aiddi" yazıb. 

Bir çox sosial media istifadəçisi Novoselovu heyvana zülm etməkdə günahlandırıb, bəziləri isə onun çox güclü olduğunu yazıb. Bir istifadəçi isə "Evcil ayı ilə oyun oynayırsan, hünərin var meşəyə get və orda bir ayı ilə döyüş" yazıb.