Rusiyada sürətlə "gettolar" yarana bilər

Baxış sayı:
1522

Sürətli urbanizasiya və yaşayış icazəsi sisteminin dağılması ona gətirib çixarıb ki, indi Rusiyada şəhərlərdə aşağı gəlirli insanların yaşadığı gecəqondu məhəllələri əmələ gəlib və bu proses müxtəlf etnik qrupa mənsub insanların yaşadığı “gettolar”ın yaranması ilə nəticələnə bilər, deyə “квартирабезрисков.рф” onlayn servis fondunun təsisçisi Kirill Manaenkov bildirir.
Tanınmış politoloq Pol Qobl bu barədə yazır (Russian Cities Already have Slums and May Eventually have Ghettos, Manayenkov Says).
“Moskvada hələ ki, bu tipdə qettolar yoxdur, amma nisbətən kasıb insanların bəzi rayonlarda toplaşması qettoları xatırladır, çünki yeni gələnlərin əskəriyyəti etnik ruslar deyil”, deyə o, bildirir.
Sovetlər dağıldıqdan sonra bu hal aktuallaşıb. Belə ki, İnsanlar nisbətən ucuz və həmvətənlərinin yaşadığı yerlərdə toplaşırlar. Məsələn, ermənilər Solntsevski, gürcülər Roşa, azərbaycanlılar Qolyanovo rayonlarında cəmləşiblər. Manaenkov bildirir ki, belə yaşayış məntəqələrində cinayətlər daha çox olur, amma bu orada yaşayanların iqtisadi vəziyyəti ilə şərtlənir.
Muxalifet.az