Rusiyada həbs olunan azərbaycanlı milyarder azad olundu

Baxış sayı:
692

Bu ilin yanvarında Rusiyanın Rostov şəhərində həbs edilən Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) sabiq prezidenti Söyün Sadıqov sərbəst buraxılıb.
 
Muxalifet.az xəbər verir ki, b barədə demokrat.az-a Söyün Sadıqov özü məlumat verib.
 
O, günahsız olduğunu və məhkəmənin qərarı ilə azadlığa çıxdığını bildirib.
 
Xatırladaq ki, Söyün Sadıqov iş adamlarından birinin 100 milyon rubl və torpağını qəsb etməkdə, Rostovdan olan biznesmen Madiros Oskanova qarşı cinayət əməli törətməkdə ittiham olunub.