Rusiyada daha 3 nəfər koronavirus karantinindən qaçıb

Rusiyanın Sankt-Peterburq şəhərində koronavirusa görə karantində saxlanılan daha 3 nəfər Botkinsk xəstəxanasından qaçıb.

Rusiya KİV-ləri xəbər verir ki, qaçanlar iki qadın, bir kişidir. Onlar saxlanılıb və profilaktik söhbətlər aparılıb. Bundan sonra xəstələrdən 2-si müalicəyə davam etməyə razılıq verib. Üçüncü şəxs isə bunu istəməyib. Bu səbəbdən onu məhkəmə prosesi gözləyir.

Xatırladaq ki, daha əvvəl də adıçəkilən xəstəxanadan 32 yaşlı qadın da qaçmışdı. Çindən qayıdan qadın koronavirus şübhəsi ilə xəstəxanada saxlanılırdı./Virtualaz.org