“Rusiya Paşinyanı hakimiyyətdən qovmaq və Qarabağa qoşun yeritmək istəyir…” – “SASNA TSRER” TERRORÇUSU

Baxış sayı:
751

Qarabağ məsələsi indi Rusiyanın əliylə ona görə aktuallaşdı ki, Moskva indiki Ermənistan hakimiyyətini dəyişmək istəyir. Rusiya tərəfi mümkün qədər tez bir vaxtda Paşinyandan yaxa qurtarmağı planlaşdırır.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Ermənistan hakimiyyətinin müttəfiqi, “Sasna tsrer” silahlı qruplaşmasının və hazırda eyni adlı partiyanın rəhbəri olan keçmiş səhra komandiri Jirayr Səfilyan Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağa dair mərhələli həll planının müzakirə olunduğu haqda bəyanatına münasibət bildirərkən deyib.

“Azadlıq” radiosunun erməni xidmətinə danışa Səfilyan bildirib ki, Qarabağ məsələsinin indiki aktuallaşmasının iki əsas səbəbi var. Birincisi hərbi-siyasi səbəbdir, yəni Rusiyanın Qafqazdakı sonuncu dayağı olan Ermənistanddır. “Azı 200 ildir ruslar Qarabağ məsələsindən Cənubi Qafqazda hökmranlıq eləmək üçün istifadə edirlər. İndi də Qarabağ məsələsi əsasən bu səbəbə görə aktuallaşıb”,-o deyib.

Səfilyana görə Rusiyanın qarşısında özünün Qarabağda hərbi iştirakını təmin etmək və Azərbaycanın buna razılığını almaq naminə erməni tərəfinə böyük güzəştlər “sırımaqdır”.

İkinci səbəb isə odur ki, Rusiya Ermənistanda siyasi dəyişiklik etmək istəyir. “İki il əvvəl Rusiya tərəfi Serj Sərkisyana qarşı kütləvi etirazlardan istifadə etmək istədi ki, ondan yaxa qurtarsın, amma Serji Nikol əvəz etməli deyildi. Rusiya “ArmRosQazprom”un keçmiş baş direktoru Karen Karapetyanı baş nazir etmək istəyirdi. Amma xalqın fəallıq göstərməsi , Paşinyanın çevik və məqsədyönlü hərəkətləri sayəsində bu plan baş tutmadı”,-Səfilyan bildirib.

Onun fikrincə, Paşinyan nə qədər Rusiyaya sadiq olduğunu desə də, Sərkisyanın getmdiyi bir çox güzəştlərə getsə də Rusiya onu hakimiyyətdən kənarlaşdırmaq istəyir. Səfilyana görə koronavirusla bağlı vəziyyət Rusiyanın ölkədəki “beşinci kalon”unun fəaliyyətini bir qədər tormozlayıb, amma indi onlar qarşıya qoyulmiş vəzifənin icrasına başlayıb və Paşinyana hücumları artırıb.

“Lavrov isə beşinci kalona ideya verir ki, onlar hakimiyyətə hücum etsinlər, desinlər ki, baxın, bunlar satqındır, torpaqları qaytarmaq istəyir. Onların planı belədir”,-Qarabağ veteranı və “Sasna tsrer” terrorçusu Səfilyan belə deyib.