Rusiya Kim Çen Inı medalla mükafatlandırdı - FOTO

Baxış sayı:
1968

Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen In Böyük Vətən Müharibəsi illərində KXDR-də həlak olmuş və dəfn edilmiş sovet vətəndaşlarının xatirəsinin əbədiləşdirilməsinə verdiyi töhfəyə görə “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” medalı ilə mükafatlandırılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Koreya Xalq Demokratik Respublikasındakı Səfirliyi özünün “facebook”dakı səhifəsində bildirib.

 

"Rusiya Federasiyası Prezidentinin fərmanına uyğun olaraq, Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In Koreya Xalq Demokratik Respublikası ərazisində həlak olmuş və dəfn edilmiş sovet döyüşçülərinin xatirəsinin əbədiləşdirilməsinə şəxsi töhfə və memoriallara qayğı ilə bağlı “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illik yubiley medalı ilə mükafatlandırılmışdır", - xəbərdə deyilir.