RUSİYA ELİTASI PUTİNƏ QARŞI BİRLƏŞİR - Sensasion təhlil

Baxış sayı:
571

Konstitusiyaya dəyişikliklərin nətisəcindən asılı olmayaraq, oliqarxlar “varis” axtraşına çıxmağa məcburdur

Konstitusiya düzəlişlərinə səs vermək Rusiyanın taleyində dönüş nöqtəsi, yeni reallığa addım kimi görünür. Mart ayından elə ab-hava var ki, sanki ölkə üzərində çətin cərrahi əməliyyat aparılır, və həkimlər nəhayət xəstənin ciddi, ağır bir xəstəliyi olduğunu və hansısa orqanın geri dönülməz şəkildə kəsilib götürüləcəyini, bundan sonra isə həyatın heç vaxt əvvəlki kimi olmayacağını etiraf edirlər.

Rusiya rejiminin bəzi yeni xüsusiyyətləri artıq təsvir edilmişdir – “Putin çoxluğu” yenidən formatlanır, legitimlik vakuumu yaranır, Putinin liderliyi zəifləyir, idarəçiliyin dağılması və ölkənin istiqamətinin itirilməsi artır. Rusiya bu gündən sonra həqiqətən fərqli olacaq, amma bu, Putin və Putinin oliqarxiyasına təsir etdiyi kimi hakimiyyət və cəmiyyət münasibətlərinə təsir etməyəcək.

Gələcəyi olmayan elita

Səsvermənin əsas intriqalarından biri budur ki, bu Putinin nəyinə lazımdır? Bu suala tez-tez yeni nizam, yeni Konstitusiyanı legitimləşdirmək və sosial müqaviləni yeniləmək ehtiyacı kimi cavab verilir. Bu açıqlamalar anlaşılandır, lakin səsvermənin başqa vacib məqamı – Putinin elita ilə münasibətinə necə təsir edəcəyi nəzərə alınmır.

Təbii və sabit olan “Putin tərəfdarları” çoxdan prezidentin müttəfiq və ya dayağı deyil, onun öz ətrafı ilə dialoqunda arqumenti oldu. Hazırkı referendum isə yazılı təsdiq, xalqın etimadı sertifikatını almaq cəhdidir.

Mart ayında, TASS-a verdiyi müsahibədə Putin “elitalar əsəbi ola bilər” dedi: “Bu mənfi bir şeydir. Bu, balansın itirilməsidir” deyə təəssüfləndi. Bu yaxınlarda isə, o, daha da emosional danışdı: “Prezident müddətini sıfırlamadan, bunu öz təcrübəmdən bilirəm ki, iki il sonra hökumətin bir çox səviyyəsində normal, ritmik iş yerinə, yeni varislərin axtarışı başlayacaq”.

Elitaların işləmək əvəzinə, varisləri axtarmağa başlayacaqları qorxusu onlarla münasibətləri fərqli şəkildə tənzimləmək istəyini izah edir. Putinin “sertifikat” üçün xalqa yaxın gəlməsi onun reytinqin düşməsindən daha ağır olan elitaya olan inamsızlığını əks etdirir.

İstənilən idarəçi öz hakimiyyətini ya xalqın dayağını alaraq (bu da öz qərarlarını elitaya qəbul etdirməkdən keçir), ya da xalqın təşkil olunmasna kömək edən elita ilə razılaşma əsasında qurur. 2000-ci ildə hakimiyyətə gələn Putin, Yeltsin elitasını – qubernator cəbhəsini, oliqarxları təmizləməyə və zərərsizləşdirməyə kömək edən tərəfdarlarına güvəndi. O zaman elitalar potensial (hətta aktual) rəqabət, təhdid və qeyri-sabitliyin mənbəyi idi.

Artıq Putin və Rusiya cəmiyyəti arasında artan fərq haqqında çox şey söylənilir. Bunun nəticəsidir ki, “Rostex”in sahibi Sergey Çemezov müxalifətin Moskva şəhər Dumasına buraxılmamasını tənqid edir, “Rosneft”in icraçı direktoru İqor Seçin OPEC ilə razılaşmanı pozur, Putinin iqtisadiyyat nazirini vəzifəsindən kənarlaşdırır, Qərblə münasibətləri normallaşdırmaqda israr edir, təhlükəsizlik qüvvələri Kremlə çox əhəmiyyət vermədən hərəkət edirlər və s. Daxili elitanın neçə cinayət işinə səbəb olduğunu xatırlatmağa gərək yoxdur. Fakt budur ki, Putin elitası o qədər geniş miqyas alıb ki, artıq dövlət maraqları ilə hər vaxt uzlaşmayan korporativ prioritetləri ona yetərli olmur. Komandanın bir çox üzvlərinin hər biri öz postlarında əvəzolunmazdır – ikinci Seçin, Kadırov, Patruşev, Kovalçuk, Rotenberg və hətta Prigojin yoxdur. Onlar Putinə xidmət göstərməklə onun uğurlarını özlərindən asılı vəziyyətə salırlar. Putin oliqarxiyası Rusiya isteblişmentinin güclü, iddialı və dominant hissəsinə çevrildi. Buna görə də Rusiyanın istər Putin dövründə, istərsə də ondan sonrakı dövrdə inkişaf ssenariləri hesablanmalıdır. Prezident düşünür ki, xalqa söykənməkdə davam edir, bu, onun istisna siyasi resursudur, hətta bununla öz elitasına qarşı da durmaq olar. Lakin xalqla bağlar qırılır, elitadan asılılıq isə artır.

Putin strategiyanı və geo-siyasəti öz əlinə keçirərək, qalanını tərəfdaşlarının ixtiyarına verib. Aydındır ki, prezident əvvəlki kimi isənilən bir sferaya müdaxilə edə, istənilən razılaşmanı əldə edə, istənilən təşəbbüsə “yox” deyə bilər. Amma gündəlik işlərini tərk edərək, baş verənlərlə intuitiv bağını itirir ki, bu da onu manipulyasiya üçün daha həssas və inamsız edir.

Putinin 2000-ci illərdə özünə rəva görə bildiyi elita ilə konflikti indi rejim üçün daha riskli və dağıdıcıdır. Heç Putin də dostları ilə döyüşmək istəməz-bu onun tərzi deyil. Lakin operativ işlərdən qopuqluq belə bir təəssürat yaradır ki, onun arxada baş verənlərə nəzarət etməməsi gərginliyi artırır və güvənsizliyi körükləyir.

2018-ci ildə sonuncu prezidentlik müddətinə keçid edən Putini artıq onun taleyini başqalarının həll etməsi hissi dözülməz həddə çatdırıb. Mandatın yenilənməsi çağırışı – öz ətrafına qarşı etimadsızlıq, dəyişən reallığın qəbul edilməməsi və anlaşılmaması jestidir.

Putin hakimiyyətin ötürülməsini məsələsinin öz monopoliyasına alıb. Başqa sözlə, varis mövzusunun qadağa altında olması ilə müvəqqəti istinad nöqtəsi var – 2024. Bu gün “transit” artıq vaxt məsələsi deyil. Ondan sonra nə olacağını müzakirə etməyi qadağan etməklə, Putin elitanı sakitləşdirməyə və tranzit problemini aradan qaldırmağa çalışır və əks effekt yaradır.

Putin yeni bir sistem formalaşdırmaq üçün cəmiyyətdən yeni mandata ehtiyac duyduğunu qərara alıb. Hansı ki, yeni Konstitusiya və gələcək məsələlərin həllində prezident inhisarına sahib oldu. Formal olaraq, bu mandatı alma ehtimalı var. Ancaq problem ondadır ki, prezident və elitalar bu mandatın legitimliyini fərqli şəkildə anlaya bilər.

Anketlər göstərir ki, rusların yarıdan çoxu konstitusiyaya düzəlişləri dəstəkləyir. Buna inzibati resurs əlavə edilsə, rəsmi nəticə 70% -i keçə bilər. Bəs bu 70% -in Putin və Putinin oliqarxiyası üçün eyni siyasi dəyəri olacaqmı?

Bu səslərin nəticəsi Rusiya cəmiyyətinin Putina daha bir neçə il – ən azı 2024-cü ilə qədər, daha sonra “əbədi prezident” olması üçün zəmanət verdiyinin təsdiqi hesab edə bilər. Ancaq praqmatik elitalar üçün buna münasibət daha ayıq olacaq. Bir çox elita üçün bu səsvermə çox arzuolunmazdır. Düşünülür ki, bu referendum elita tərəfindən şantaj kimi planlaşdırılıb və onun legitimliyi bütün hallarda şübhəlidir.

Klanları öz yerlərinə oturtmaq istəyən Putin isə birtərəfli qaydada münasibətləri daha praqmatik hala gətirərək, yeni “qırmızı xətlər” çəkir. Demək olar ki, bu münasibətlərin pozulmasından sonra barışmaq, dost qalmaq təklifinə bənzəyir: bir şey səhvdirsə, əlaqə saxlayın, amma yaxınlığını düşünməyin. Gələcək hüquqları əllərindən alınmış elitalar, istər-istəməz varis axtarışında davam edəcək, lakin Putini “normal işdən” yayındırmadan. Bu isə, regionda proseslərin gedişindən asılı olaraq Putin üçün xoş olmayan mənzərə formalaşdıra bilər.

Ülviyyə ŞÜKÜROVA