Rusiya da İrandan gələnlərin ölkəyə girişinə qadağa qoydu

Baxış sayı:
1134

Rusiya hökuməti İrandan gələn xarici vətəndaşların koronavirus səbəbindən ölkəyə girişini müvəqqəti olaraq qadağan edib.

“Qafqazinfo” xəbər verir ki, qadağa ilə bağlı müvafiq fərman Rusiya Nazirlər Kabinetinin saytında dərc olunub. Qeyd edilir ki, qadağa İranda turizm, təhsil almaq, əmək fəaliyyəti və tranzit məqsədilə olan hər kəsə aiddir. Məhdudiyyət martın 7-dən tətbiq olunacaq.

Qadağa yalnız Avrasiya İqtisadi Birliyi ölkələrinin vətəndaşlarına, təyyarə heyətinə, rəsmi nümayəndələrə və Rusiyada yaşayış icazəsi olan şəxslərə şamil edilmir.