Rəqsanənin qızı "Maşın" şouda bu məşhurla sevgili oldu? - Etiraf gəldi - FOTO

Baxış sayı:
3907

Repçi Qurd (Fərid Eminov) Rəqsanə İsmayılovanın qızı Aysunla sevgili olması barədə şayiələri gücləndirəcək paylaşımla diqqət mərkəzinə düşüb.
Qurd Aysunla maşında çəkilmiş səmimi fotosunu paylaşıb. Lakin iddiaları artıran əsas məsələ reperin bu paylaşıma yazdığı şərh olub:
"Heç kim gələcəyi indidən deyə bilməz. Amma hal-hazırda olan status sadəcə dostluq statusudur. Bu güllər isə ona olan dəstəyimin nümunəsidir".
Qeyd edək ki, onların "Maşın" realiti-şousunda yaxınlaşması, daha sonra Qurd oyunu tərk edərkən Aysunun ağlaması iddiaları daha da gücləndirib. Aysun yarışmanın ötəngünkü buraxılışında məsələyə aydınlıq gətirib. İsmayılova repçi ilə münasibətinin olmadığını bildirib: "Mən Qurdla çox yaxın dostam. O, şou-biznesdə kişilər arasında mənə ən yaxın olan insandır. Oyunda da Qurd nə deyirdisə, onunla razılaşırdım. Çox güvəndiyim insanlardandır. Mənim heç kəsdən qorxacağım bir şey yoxdur. Olsa, açıq-aşkar deyərəm. Başqa yerə yozulmasın".//Milli.az