"Risk qrupunda olan təhsil işçilərinin siyahısı dəqiqləşdirilir" - TƏHSİL NAZİRİ

Baxış sayı:
715

"Təhsil müəssisələri qapalı olmayacaq. Təbii ki, 70-80 nəfərlik auditoriya zalı bu qədər sayda tələbə qəbul etməyəcək. Saylar müəyyən limitlər nəzərə alınaraq həyata keçiriləcək".

Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

E.Əmrullayev bildirib ki, hazırda risk qruplarında olan təhsil işçilərinin siyahısı dəqiqləşdirilir:

"Onların əmək haqları saxlanılmaqla əvəzlənməsi planda var".