"Relax”ın 4 işçisi xəsatəxanaya yerləşdirildi - Biri 77 yaşlı qadındır (ADLAR)

Baxış sayı:
529

"Relax” İstirahət Mərkəzində Vergilər Nazirliyinin əməkdaşları ilə işçilər arasında baş verən davada xəsarət alan 4 nəfər Lerik Rayon Mərkəzi xəstəxanasına gətirilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, xəsarət alanlar istirahət mərkəzinin işçiləridir. 1942-ci il təvəllüdlü Qarayeva Gülzar Namiq qızı qapalı kəllə-beyin travması alıb. O, hazırda xəstəxanada müalicə alır. Digər xəsarət alanlar - 1992-ci il təvəllüdlü Şahverdiyev Rahim Bəhlul oğlu sağ ayağın diz nahiyyəsinin cırılmış yarası, sağ əlin üst səthinin sıyrılmış yarası və belin küt travması ilə, 1958-ci il təvəllüdlü İmanov Kamran Məmmədağa oğlu hər iki diz nayihəsinin sağ dirsək nahiyəsinin kürək nahiyəsinin sıyrılmış yarası və küt travması ilə, 1988-ci il təvəllüdlü  Abbasov Amid Nağızadə oğlu kürək nayihəsinin sıyrılmış və küt travması ilə Lerik Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə müraciət edib. Onlara tibbi yardım göstərildikdən sonra ambulator qaydada müalicə almaq üçün evə buraxılıb.