"Ərdoğanla hər görüşündə əlini çiyninə qoyan Tramp bu dəfə..." - POLİTOLOQ

Baxış sayı:
657

ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Ağ Evdə keçirilən görüşün detalları bütün dünyanı diqqət mərkəzindədir.

Politoloq Elxan Şahinoğlu görüşün ilkin təəssüratlarını belə şərh edib: “Amerika və Türkiyə prezidentlərinin Ağ Evdə görüşü başa çatdı, nümayəndə heyətləri arasında görüş başladı. Təxminən iki saat sonra prezidentlər medianın qarşısına çıxacaqlar. Ağ Evdən ilk görüntülər danışıqların gərgin getməsindən xəbər verir. Ərdoğanla hər görüşündə üzü gülən, əlini türkiyəli həmkarının çiyninə qoyan Tramp bu dəfə soyuq üzü ilə yadda qaldı”.