“Ərdoğanın çıxışı qarşısında DƏHŞƏTƏ GƏLDİM: Milləti belə sevmək lazımdır” - VİDEO

Baxış sayı:
7264

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əhalı qarşısında çıxışı zamanı insanları siqaret çəkməməyə səsləyib. Prezident deyib ki, “Dünyada hər gün iyirmi min insan siqaret çəkdiyi üçün ağ ciyər xərçəngindən dünyasını dəyişir. Biz bundan sonra siqret qutularının üstündə diqqət çəkən heç bir fotonun olmasına icazə verməyəcəyik. Tütünlə mübarizəmizdə geri çəkilmədən irəli getməyimiz lazımdır. Siqaret çəkməyin, bu həm cibinizə, həm də səhhətinizə ziyandır”. 
Tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov Moderator.az-a açıqlamasında prezidentin siqaretlə bağlı çıxışından təəccübləndiyini və bunu çox yüksək qiymətləndirdiyini bildirdi:
“Bununla bağlı səhiyyə naziri danışsaydı, təəccüblənməzdim. Amma Prezident Ərdoğanın siqaretlə bağlı çıxışının qarşısında dəhşətə gəldim. O, çox böyük adamdı, istəyir ki, xalqı sağlam yaşasın. Çox maraqlıdır ki, baxın, görün ölkə başçısı insanlar qarşısında tütünlə bağlı mübarizədən danışır. Milləti belə sevmək lazımdır. İndi elektron siqaretlər də çıxıb və onlar da insanlarda xərçəng əmələ gətirir. 
Bizdə isə siqaretlə bağlı qanun qəbul edildi, amma heç kim buna əməl etmir. İctimai yerdə siqaret çəkilməməsiylə bağlı tapşırıq verildi, lakin gedin görün bir adam buna riayət edirmi? Biz hələ bu qanunlara riayət etməyə hazır deyilik. Gedib kiməsə desəniz ki, burda siqaret çəkmə, onda deyəcək ki, sən kimsən?”.