Ərdoğan xəbərdarlıq etdi: Suriyadan başqa dövlətlər çıxmayana qədər...

Baxış sayı:
310

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstan səfərindən qayıdarkən hava limanında mətbuat konfransı keçirib. Sülh Çeşməsi əməliyyatından sonrakı vəziyəti dəyərləndirən prezident bunları deyib:
”Hal-hazırda Rusiya Əsəd rejiminin hərbi qüvvələri ilə birgə hərəkət edir. Bu halda da bəzi yerlərdə PKK/YPG qüvvələri ilə əlaqələri var. Əvvəlcə ABŞ bizə Menbiçdən terrorçuların çıxarılacağına söz verdi. Amma sözünə əməl etmədi. İndi Tel Abyad və Rasulayn bizim nəzarətimizdədir. Ancaq Rasulaynın cənubunda Tel Tamer bölgəsi var və terrorçular burada toplaşıblar, buradan Suriya ilə olan sərhədimizə hücumlar edirlər. Menbiçdə də eyni cür vəziyyət var. Suriya ilə 911 km sərhədimiz var. Nə Rusiyanın, nə ABŞ-ın, nə də İranın bu ölkə ilə bizim qədər səhəd xətti yoxdur. Yalnlz İranın bir az sərhədi var. Əgər terrorçular bu bölgələrdən tam çəkilməsələr dayandırdığımız əməliyyata davam edəcəyik".
"Dekabrın 3-4-ü Londonda NATO liderləri Zirvə Sammiti olacaq. Bu sammitdə bəzi məsələləri qaldıracağam. Heç bir NATO ölkəsi “Sülh Çeşməsi” əməliyyatında Türkiyənin yanında olmadı. Bunu baş katib Stoltenbeqə də dedim. Bunların istədiyi “ Türkiyənin Ararlıq dənizinin şərqində neft kəşfiyyatı aparmasına necə mane ola bilərik” məsələsidir. Harda neft varsa bunların məqsədi o yerləri ələ keçirməkdir.
Hazırda İraqda baş verən çaxnaşmanın arxasında duranların məqsədi bu aksiyaların İrana keçirilməsidir. Məqsədləri İslam dünyasını parçalamaq və bir-birinin üstünə salmaqdır.
Bunu da bilsinlər ki, digər ölkələr Suriyadan çıxmayna qədər biz oradan çıxmayacağıq”.
Muxalifet.az