Ramin Bayramlı istefa verib? – TƏBİB-dən CAVAB

Baxış sayı:
672

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı istefa verməyib və hazırda iş başındadır.

Muxalifet.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, TƏBİB-də Covid-lə mübarizə ilə bağlı hazırda layihələr həyata keçirilir və Ramin Bayramlı həmin layihələrə rəhbərlik edir: “Bu gün Türkiyədən həkimlər dəvət olunub və Ramin Bayramlı onlarla birlikdə COVİD-19-la mübarizə istiqamətində çalışır. Hazırda Ramin Bayramlı xəstəxanalarda xəstələrin vəziyyətini şəxsən nəzarətdə saxlayır”./trend