Qroznı şəhərinin polis rəisi ABŞ-ın “qara siyahı”sına düşdü

Baxış sayı:
562

ABŞ Rusiya Daxili İşlər Nazirliyinin Qroznı şəhər İdarəsinin rəhbəri Aslan İrasxanova qarşı sanksiya tətbiq edib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Məlumata görə, İrasxanov insan haqlarının pozulmasında günahkar bilinib. Onun 27 kişinin edamına görə məsuliyyət daşıdığı vurğulanıb.