Qərbi Azərbaycan İrəvan Respublikasının DÖVLƏT GERBİ qəbul olundu

Baxış sayı:
862

Qərbi Azərbaycan İrəvan Respublikasının 02.08.2020 tarxində keçirilən iclasında Dövlət Gerbinin qəbulu məsələsi müzakirə edilmişdir.

Suveren.az Qərbi Azərbaycan İrəvan Respublikası mətbuat xidmətinə istinadən məlumat verir ki,  müzakirələr nəticəsində QAİR-in Dövlət Gerbi qəbul olunmuşdur.

Qəbul edilən gerb girdə qalxan formasındadır. Gerb qartal qanadlarının üzərindədir. Qartal qanadlarının seçilməsi iki səbəbdən irəli gəlir:

1. Ən qədim və böyük türk dövlətlərinin, o cümlədən Azərbaycan ərazisində yerləşmiş Mada (Midiya) və Səlcuq imperiyalarının bayraqlarında qartal təsvir olunub.

2. Canlılardan ən ucada yaşayanı və qüdrətli olub, güc rəmzlərindən olanı qartaldır. Bu Gerb qartal qanadları üzərində, yüksəklərdə, düşmənlər üçün əlçatmaz zirvələrdədir.

Gerb dairəsinin özü Bayrağımıza bənzər şəkildə tərtib olunub. Mərkəz və əsas hissəsi qırmızı rəngdədir, kənarlarında bayraqda olduğu kumu mavi və yaşıl xəttlərlə əhatələnib. Mavi xətt sol tərəfdə aşağıdan yuxarıya doğru, yaşıl xətt isə sağ tərəfdə aşağdan yuxarıya doğru hərəkət edir. Hər üç rəngin yuxarı hissədə birləşmə yeri İrəvan xanlığına aid qədim bayraqlarda mövcud olmuş, hakimiyyət rəmzi olan ROMB fiquru ilə, ümumi taca bənzər şəkildə birləşdirilib. Bu konfiqurasiya İrəvan xanlığının əsas, fərqli, özünəməxsus elementini ehtiva edir.

Dairənin ortasında, qırmısı sahənin tam mərkəzində, aşağdan yuxarıya doğru qədim türk- oğuz boylarının ümimi mental rəmzlərindən olmaqla yanaşı, müassir Azərbaycan Respublikasının və Qərbi Azərbaycan İrəvan Respublikasının bayrağında əks olunmuş aypara və səkkiz guşəli ulduz təsvir olunub. Bu ay- ulduz sönmüş qızıl rəngindədir. Əsas ulduzun ətrafında, qırmızı fonda, ağ rəngdə hər guşənin qarşısında biri olmaqla, səkkiz xırda səkkizguşəli ulduzlar sıralanıb. Bu kiçik ulduzlar əsas böyük ulduzuzn cazibəsində, ətrafında dolanır. Bu kompozisiya Bütöv Azərbaycanın səkkiz böyük hissəyə bölünməsini və birləşməyi hədəflədiyini simvolizə edir.

Gerbin tam mərkəzində, ay- ulduzun ortasında, qırmızı fonda ağ rəngdə, çarpazlaşmış şəkildə, şimal, cənub, qərb və şərq tərəfə istiqamətlənmiş oxlar təsvir olunub. Bu təsvirin aşağıdakı mənaları var:

1. İrəvan, Zəngəzur, Göyçə, Qarabağ və digər ətraf ərazilər qədim Assur mənbələrində İşquz, Yunan mənbələrində İskit dövləti kimi tanınan qədim Oğuz dövlətinin mərkəzi əraziləridir. Təsvir olunan oxlar dünya tarixşunaslığında İskitlər kimi məşhur olan, atlı oxatanlar hərb sənətini yaratmış və dünyaya yaymış, bütün avro-asiyaya yayılmış, hərbdə və mədəniyyətdə xüsusi era olan “İskit üslubu”nun yaradıcısı olan Oğuz boylarına xas şəkildə icra olunub və sözügedən sivilizasiyaya aidiyyatın, mənəvi varisliyin simgəsidir.

2. Hazırda mövcud olan Azərbaycan Respublikasının bütün sərhədləri boyu öz tarixi əraziləri ilə həmsərhədd olduğundan, parçalanmış halının aradan qaldırılması, vətən torpaqlarının yenidən birləşdirilməsi məqsədilə aparılan mübarizədə, hər istiqamətdə “OX YAYDAN ÇIXDI” mənasını ehtiva edir.

Gerbin aşağısı qırmızı lentlə əhatələnib və lentin üzərində aid olduğu dövlətin adı yazılıb.

Qərbi Azərbaycan İrəvan Respublikası Mətbuat Xidməti