“QƏRB MƏTBUATI TÜRKİYƏYƏ QARŞI ƏXLAQSIZLIQ EDİR” - Hüseyin Altınalan: “Bütün bunlar ölkəmizə qarşı bir çox cəbhədə mübarizə aparıldığını göstərir”

Baxış sayı:
681

Koronavirus Çinin Vuhan şəhərində ilk dəfə ortaya çıxdıqdan sonra dünyanın 118 ölkəsinə yayılıb. Virus Çindən sonra daha çox İran, İtaliya və Cənubi Koreyada yayılıb. Türkiyədə isə yalnız iki nəfərdə aşkarlanıb. Virusun yayıldığı ölkələrin ard-arda qorunmaq üçün tədbirlər görməsi fonunda, prezident Donald Tramp da koronavirusun ölkəsinə təsirlərinin ardından ABŞ-dan Avropaya səyahəti qadağan etdi. Ancaq Qərb mətbuatı Avropaya səyahətə gətirilən qadağa ilə əlaqədar xəbərlərində Türkiyəyə aid fotoşəkillərdən istifadə edir.

Hüseyin Altınalan
Muxalifet.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat Müşaviri Hüseyin Altınalan Qərb mətbuatının bu əməllərini əxlaqsızlıq hesab edir:
“Bu, əxlaqsızdır. Halbuki Türkiyə koronavirusa qarşı ən güclü tədbir görən ölkədir. Türkiyədə yalnız iki yoluxma faktı qeydə alınıb və o xəstələrin ümumi vəziyyəti yaxşıdır. Ancaq, buna baxmayaraq qlobal medianın Türkiyəyə aid fotoşəkillərdən istifadə etməsi ölkəmizə qarşı bir çox cəbhədə mübarizə aparıldığını göstərir. Türkiyənin gün keçdikcə daha da böyüməsini həzm edə bilməyən qlobal güclər bir daha heç bir əxlaq normasını tanımadıqlarını göstərirlər. Qlobal media 3-5 koronavirusa yoluxma faktı olsa, az qala Türkiyəni Çin ilə bir tutacaq. Bu yanaşma əxlaq normalarına tamamilə ziddir”.


Muxalifet.az