QORXUNC ZƏLZƏLƏ: Yaralı azərbaycanlıların sayı 529-a çatdı

Baxış sayı:
379

İranın şimal-qərbində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 529 nəfərə çatıb.
Publika.az-ın məlumatına görə, təbii fəlakət nəticəsində 5 nəfərin öldüyü, 529 nəfərin xəsarət aldığı, bunlardan da 31 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.
Noyabrın 8-də Təbriz şəhərindən 118 km məsafədə 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Sonradan dəqiqləşdirilmiş məlumatlara görə, təkanların gücü 5,9 bal olub.