“Qələt etmişəm, keçin günahımdan” - Cemi yıxıb-sürüyən Nadir fikrini dəyişdi

Baxış sayı:
1687

Xəbər verdiyimiz kimi müğənni Nadir Qafarzadə "Instagram" səhifəsində marağa səbəb olan fikirlər paylaşıb.

İfaçı türkiyəli şoumen Cem Yılmaz haqda ağır ifadələr işlədib. Müğənni əvvəlcə rəylərdə onu tanımadığını yazıb. Daha sonra isə Cemin ünvanına "Bunları hardan tutub gətirirlər? Vallah, tanımıram və heç maraqlı da deyil. Bizdə qıjılar azdır, biri də gəldi" sözlərini qeyd edib.

Səs-küyə səbəb olan məsələyə N.Qafarzadə bu gün “Hər şey daxil” verilişində aydınlıq gətirib:

“Sözdü dedim də, vurun öldürün məni. Mən doğrudan da tanımıram həmin adamı, baxmıram. Mən fikirləşdim ki, görəsən bizə niyə daha yaxşı, sanballı sənət adamlarını gətirmirlər? Gələnlər də yaşlanmış, tükənmiş, elə vaxtda gətirirlər ki, onlar artıq öz ölkələrində heç kəsə lazım deyil”.

Qonaqların təkidlə Cem Yılmazın məşhurluğundan danışmasından sonra N.Qafarzadə gülərək “Bağışlayın qardaş, qələt etmişəm, keçin günahımdan, öldürməyin. Hamınız üstümə gəldiniz, yaxşı ki, Cem sizin qohumunuz deyil” – deyə bildirib.//yenisabah